Məleykə Əsədova balerina olacaq
Bizi izləyin

Tabloid.az

Məleykə Əsədova balerina olacaq

Xalq artisti, akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovadan xəbər var. Aktrisa çalışdığı teatrda yeni rol alıb.

Bu barədə Publika.az-a danışan aktrisa sabahdan məşqlərə başlayacağını dedi: “Teatrda mənə İlyas Əfəndiyevin “Mənim günahım” adlı tamaşasında baş rol həvalə olunub. Bu dəfə balerina obrazında görünəcəyəm. Məşhur bir balerinanın həyatını oynayacağam. Mərahim Fərzəlibəyovun quruluşunda ərsəyə gələcək tamaşa yeni mövsümdə təqdim olunacaq”.

Xalq artisti onu da bildirdi ki, yeni rol tamamən fərqli bir obrazdır: “Mən yenilikləri çox sevirəm, bunu hər kəs bilir. İndiyədək səhnədə müxtəlif obrazlar oynamışam. Balerina kimi ilk dəfədir ki, səhnəyə çıxacağam. Bu rolun da öhdəsindən uğurla gələcəyəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm