Rəqsanə səhnəyə çıxdı və...
Bizi izləyin

Tabloid.az

Rəqsanə səhnəyə çıxdı və...

Show.az bildirir ki, ötən gün müğənni Rəqsanə İsmayılovanın “Sevgililər günü”nə həsr olunmuş konserti baş tutub. Konsertin açılışı “Vağzalı” havası ilə başlayıb.

“Yaşıl teatr”da baş tutan konsertdə ilk olaraq, 20 yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş video-çarx, daha sonra aktyorlar səhnəcik nümayiş etdirib. Müğənni bunun ardınca daha 3 konsert verəcəyini açıqlayıb.

Gecə ərzində 4 libas dəyişən müğənni geyimlərinin qızı Aysuna aid olduğunu bildirib. Konsertdə İlham və Fərizənin valideynləri, eləcə də yaxın qohumları iştriak edib. Müğənni ilk solo konsertində saçının bir hissəsini kəsdirib.

Rəqsanə bu görkəmi ilə Rihannanı xatırladıb. Müğənnin konsertində sənət dostlarından müğənni Elnur Məmmədov, Ayan Babakişiyeva, Xəyyam Nisanov, Sevil və Sevinc bacıları, Aşıq Samirə və başqaları iştirak edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm