Gülüstan Əliyeva Türkmənistan Prezidentinin ad günündə - ÖZƏL + FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gülüstan Əliyeva Türkmənistan Prezidentinin ad günündə - ÖZƏL + FOTOLAR

Əməkdar artist, operamızın gözəl Leylisi Gülüstan Əliyeva Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun qarşısında oxuyub. Səfərdən yenicə qayıdan sənətçi təəssüratlarını ilk dəfə Publika.az-a paylaşıb.

- İyunun 26-dan iyulun 1-dək Türkmənistanda səfərdə idik. Mən və xalq artisti Azər Zeynalov Türkmənistan Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlərə və Türkmənistan prezidentinin ad günü mərasiminə dəvətli idik. Həmin tədbirlərdə və prezidentin doğum günü mərasimində iki mahnı ilə çıxış etdim. İki ölkənin dostluğuna həsr olunmuş “Dostluq” və bir də “Bayatılar” mahnısı ilə.

- Türkmənistana kimin dəvəti ilə qatılmışdınız?

- Səfər Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə baş tutdu.

- Həmin tədbirlərdə başqa hansı ölkələr təmsil olunurdu?

- Orta Asiya ölkələri, Türkiyə və Azərbaycan.

- Çıxışınız necə qarşılandı?

- Yüksək səviyyədə. Prezidentin ad günü mərasimində bizi durmadan alqışladılar. Hətta musiqilərimiz o qədər bəyənildi ki, insanları coşdurdu. Hamı rəqs edirdi. Orda bütün səfirliklərin rəhbərləri iştirak edirdilər. Yeri gəlmişkən, Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanova da öz minnətdarlığımı bildirirəm. Təsəvvür edin, biz Bakıdayıq, geri dönmüşük, amma hələ də bizim videoyazılarımız Türkmənistan telekanallarında yayımlanır. Hamı bizim ifamızdan, musiqilərimizin gözəlliyindən danışır. Onu da deyim ki, tədbirlərdə ən çox diqqət Azərbaycan musiqisinə yönəlmişdi. Əslində, bu, Azərbaycan musiqisinin uğurudur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm