• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Leonaro Di Kaprio çəkildiyi filmin təsirindən qurtula bilmir

Leonaro Di Kaprio çəkildiyi filmin təsirindən qurtula bilmir

Tanınmış aktyor Leonardo Di Kaprio maraqlı açıqlama verib.

"Uoll-stritdə canavar" filminə görə "Ən yaxşı aktyor" nominasiyasında “Oskar” mükafatına namizəd olan Leonardo filmdəki obrazdan qurtulmaq istədiyini söyləyib. Martin Skorzenin rejissorluq etdiyi filmdə Di Kaprio real həyatdan götürülmüş birja brokerinin çirkin həyat tərzini nümayiş etdirir. Bu obrazı canlandırması məşhur aktyora mənfi təsir göstərib. Leonardonun sözlərinə görə, roluna o qədər aludə olub ki, psixoloji təsirdən hələ də qurtula bilmir. Ona verilən dəyəri yüksək qiymətləndirən Leonardo çəkilişlərdən sonra obrazdan qurtulmağın çətinliyindən söz açıb:

“İş zamanı sən tamamilə fərqli şəkil almalısan. Amma çəkilişlər bitdikdən sonra yaxşıca “yuyunmaq” və oynadığın roldan azad olmaq lazımdır”.

Artıq yorulduğunu söyləyən Di Kaprio buna baxmayaraq, boş oturmaq niyyətində deyil. Aktyor iki sənədli filmə çəkilməyi planlaşdırır./Axşam.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR