• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

SPACE TV-nin aparıcısını qəzaya saldılar – ÖZƏL

SPACE TV-nin aparıcısını  qəzaya saldılar – ÖZƏL

SPACE telekanalının aparıcısı, tanınmış jurnalist Tahirə Məmmədqızı avtomobil qəzası keçirib.

Əldə etdiyimiz xəbərə görə, sözügedən telekanalın “Qonaqlıq” verilişinin aparıcısı öz maşınında qəzaya uğrayıb. Ehtimallara görə, aparıcının avtomobili vaxtilə verilişində sirrini açdığı müğənnilərdən biri tərəfindən vurulub.

Publika.az-a açıqlama verən T.Məmmədqızı informasiyanı təsdiqlədi. Maşınının vurulduğunu deyən aparıcı qəza barədə danışdı: “Bir ayda ikinci dəfədir ki, qəza keçirirəm. Avtomobilim vuruldu, ön hissə tanınmaz, yararsız vəziyyətə düşdü. Amma əsas cansağlığıdır, Allah məni qorudu. Yüngülcə xəsarət aldım. Əslində, həmin gün qardaşımın avtomobil qəzası keçirməsi xəbərini eşitdim və dərhal hadisə yerinə yollandım. Ağır bir qəza idi. Amma öz başıma da iş gəldi. Allah saxladı, yoxsa indi həyatda yox idim”.

Qaldı ki aparıcının avtomobilinin müğənni tərəfindən vurulmasına, Tahirə Məmmədqızı bunu nə təkzib, nə də təsdiq etdi: “Söz yox ki, veriliş zamanı müğənnilərlə konflikt yaşayıram. Olur ki, kimsə efirdə hansısa sirrinin açılmasını istəmir və deyir ki, Tahirə xanım, bu məsələyə toxunmayın. Amma efirdir, insanlar üçün bir çox şəxsi məqamlar maraqlıdır. Mən qadağan olunmuş sualları müğənnilərə vermişəm. Buna görə efirdən sonra aramızda kəskin mübahisələr də düşüb. Amma bu qəzada düşünmürəm ki, hansısa müğənninin əli olsun. Qəza keçirən gün müğənni Günay İbrahimli də yolda məni görmüşdü, ola bilsin, bu söz-söhbət də elə bundan qaynaqlanıb”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR