• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xanım sənətçimizin Özbəkistanda albomu çıxdı

Xanım sənətçimizin Özbəkistanda albomu çıxdı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi çərçivəsində azərbaycanlı xanəndə, Azərbaycan muğamlarının gənc ifaçısı Aytən Məhərrəmovanın “Ana yurdum” adlı diski hazırlanıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan musiqisinin təbliği məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bundan əvvəl Özbəkistanda “Azərbaycan muğamları”, “Azərbaycan xalq mahnıları”, “Oxuyur Zeynəb Xanlarova”, “Müslim Maqomayev” adlı disklər nəşr olunub.

Qeyd edək ki, xanəndə Aytən Məhərrəmova və onun “Aypara” muğam üçlüyü Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu il martın 18-də Daşkəndin “Türküstan” Respublika Sarayında Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti verib və sözügedən konsert Özbəkistan ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Aytən Məhərrəmovanın “Ana yurdum” adlı diskində xanəndənin 20-dən çox mahnısı yer alıb.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR