Rus nazir: "Yoqa əvəzinə, Qafqaz rəqsləri edin"
Bizi izləyin

Tabloid.az

Rus nazir: "Yoqa əvəzinə, Qafqaz rəqsləri edin"

Rusiya mədəniyyət naziri Vladimir Medinski gənclərə yoqa əvəzinə, "ləzginka" rəqsi etmələrini tövsiyə edib.

Axar.az xəbər verir ki, Medinski Moskvada keçirilən tədbirlərin birində gənclərdən xaricilərin mədəniyyətindən faydalanmaqdansa, milli dəyərlər üzərində seçim etmələrini istəyib.

Sağlam həyat tərzi üçün yoqa hərəkətləri etməkdənsə, Şimali Qafqaz rəqslərinin edilməsini təklif edən Medinski "Stavropol və Krasnodar gəncləri çox gözəl "ləzginka" rəqsi edirlər. "Dağ ləzginka"sı da pis deyil", - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm