11 türkdilli ölkənin milli geyimləri
Bizi izləyin

Tabloid.az

11 türkdilli ölkənin milli geyimləri

Şəkinin ev sahibliyi etdiyi “İpək Yolu” V Beynəlxalq musiqi festivalının üçüncü günündə də müxtəlif ölkələrdən qatılan qonaqlara maraqlı konsert proqramları təqdim olunub. Musiqi bayramında ilk dəfə olaraq türk xalqlarının geyimlərindən ibarət dəfilə də nümayiş etdirilib.

ANS TV-nin məlumatına görə, Azərbaycan memarlığının nadir incisi sayılan dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Azərbaycan “Qədim musiqi alətləri” Dövlət ansamblı maraqlı konsert proqramı ilə çıxış etdi. Milli geyimlərdə olan ansamblın 14 üzvü orta əsrlərdə Azərbaycanda istifadə olunan və sonralar tamamilə unudulan çəng, çəqanə, bərbət, səntur, rud, rübab kimi qədim alətlərin ifasında təqdim etdiyi musiqilər qonaqların böyük marağına səbəb oldu.

Ansamblın bədii rəhbəri Munis Şərifov bildirdi ki, Şəki xan sarayının önündə həmin dövrü əks etdirən alətlərlə böyük bir akustikada, yəni təbii şəraitdə bir konsert oldu: “Məndən ötrü çox böyük hadisədir. Baxmayaraq ki, biz dünyanın çox böyük səhnələrində konsert vermişik, amma mənim sənət tariximdə bundan böyük möhtəşəm hadisə yox idi. Çünki bu qədim bir məbədin önündə, bu qədim alətlərlə konsert vermək hər iki dövrün, həm Xan sarayının, həm qədim alətlərin əks etdirdiyi o dövrə aid musiqilər, həm də bəstəkar musiqilərini ifa etmək böyük hadisə idi".

Festivalın 3-cü günü türk xalqlarının geyimlərindən ibarət dəfilə də nümayiş etdirildi.

Türkdilli ölkələrin tanınmış modelyer və dizaynerlərinin iştirak etdiyi dəfilədə, ilk dəfə azərbaycanlı modelyerlər 5 xanlığın milli geyimlərini sərgilədilər.

Əl işləri, etnik dizayn modelləri və xüsusi geyimlərin yer aldığı, milli musiqilərin müşayiəti ilə keçirilən moda nümayişində 11 türkdilli ölkənin 60-a yaxın milli geyimi nümayiş etdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm