Kinoteatrlarda Google Glass yasaqlandı
Bizi izləyin

Tabloid.az

Kinoteatrlarda Google Glass yasaqlandı

Böyük Britaniyada Google Glass kompüterləşdirilmiş eynəyinin satışa çıxarılmasından bir həftə sonra Cinema Exhibitors' Association kinoprokat assosiasiyasının nümayəndələri deyiblər ki, tamaşaçılar filmin nümayişinin başlanmasından asılı olmayaraq, zala daxil olduqda smart eynəyi çıxartmalı olacaqlar.

Publika.az ICTnews-a istinadən bildirir ki, Vue kinoteatrlar şəbəkəsinin nümayəndələri deyiblər ki, zalda işığın söndürülməsindən dərhal sonra eynəyi çıxartmaq tələb olunur. Qadağa piratçılıqla mübarizə ilə izah olunur. Google Glass istifadəçisinin film yazmağı ağlasığmazdır, çünki batareyanın şarjı yalnız 45 dəqiqəlik video çəkilişi üçün kifayətdir.

Böyük Britaniya sakinləri üçün Google Glass eynəyinin qiyməti 1000 funt-sterlinq təşkil edir. ABŞ-da bu eynəklərin qiyməti 1500 dollardır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm