Afaq Aslan: “Günel Məhərrəmova çox zövqsüz müğənnidir”
Bizi izləyin

Tabloid.az

Afaq Aslan: “Günel Məhərrəmova çox zövqsüz müğənnidir”

Müğənni Afaq Aslan Tabloid.az-a verdiyi açıqlamasında həmkarı “Azəri star” yarışmasının qalibi olan Günel Məhərrəmovanı zövqsüz müğənni adlandırıb:

“Yerli şou-biznesdə zövqlü müğənnilər var. Çox adlar sadalaya bilərəm. Hazırda ən zövqlü geyinən müğənni Röyadır. Ən zövqsüz geyinən müğənni isə Günel Məhərrəmovadır. O xanımla şəxsi tanışlığım olmasa da, səhnə geyimlərinin zövqdən uzaq olduğu fikrindəyəm. Ona stilistlərimizə muraciət etməsini tövsiyyə edirəm”.

Müğənni bir müddət öncə depressiyaya düşdüyünü də deyib. Sevgilisi ilə problem yaşayan A.Aslan bu halı soyuq qarşılaya bilmədiyini vurğulayıb:

“Şəxsi həyatımda sevgilimlə aramızda baş verən küsülülüklər əhvalıma təsir göstərir. Əhvalım olmayanda da depressiyaya düşürəm, özümə qapanıb evdə otururam. Hətta efirlərdən uzaqlaşıram”.

Müğənni onu da deyib ki, isti yay günlərində istirahət üçün Dubaya yollanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm