Rəqsanə orucluqda görün neylədi
Bizi izləyin

Tabloid.az

Rəqsanə orucluqda görün neylədi

Ötən illərdən fərqli olaraq, müğənni Rəqsanə İsmayılova bu il səhhəti ilə bağlı oruc tuta bilməyib. Bu borcunu o, iftar süfrəsi verməklə çıxmağa çalışacaq.

Sənətçi Publika.az-a bildirib ki, sabah “Meridian” restoranında 50 nəfərlik iftar süfrəsi açdıracaq. Bura sənətçinin həmkarları, tanıdığı oruclu şəxslər dəvət olunacaq.

“Səhhətimlə bağlı özüm oruc tuta bilmirəm. Hələ də öskürürəm. Bronxlardakı problemə görə, dərman qəbul edirəm”, – deyən Rəqsanə xanım hər il Ramazanda Allaha olan borcunu çıxmağa çalışdığını bildirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm