Xalq artisti oğluna görə həyəcan keçirir
Bizi izləyin

Tabloid.az

Xalq artisti oğluna görə həyəcan keçirir

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Səidə Quliyeva bu yay həyəcan içində olacaq. Publika.az-a danışan aktrisa bunun səbəbini yeganə oğlunun ali məktəbə imtahan verməsi ilə əlaqədardır. Dediyinə görə, övladı qabiliyyət imtahanını müvəffəqiyyətlə versə də, bütün analar kimi o da həyəcan içərisindədir: “Oğlum Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olmaq arzusundadır, artıq qabiliyyət imtahanını verib və seçim turundan müvəffəqiyyətlə keçib. Qarşıda onu test imtahanları gözləyir. İnşallah, bundan da uğurla keçər”.

Onu da öyrəndik ki, Səidə xanım oğlunun tələbə biletini görməyincə istirahət etməyəcək: “Çox sevdiyim bircə balam ali məktəbə qəbul olunsun, bu elə mənim üçün ən böyük xoşbəxtlikdir. Bu xoş xəbər mənə dinclik verəcək. Balamın tələbə bileti alacağı günü səbirsizliklə gözləyirəm”.

Sən demə, aktrisa oğlunun sənət aləmində olmasını istəmirmiş. Dediyinə görə, buna səbəb bu sahənin çətinliyidir. Oğlu da Neft Akademiyasına hazırlaşırmış, amma 11-ci sinfə keçəndə qəti qərara gəlib ki, sənədlərini İncəsənət Universitetinə versin.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm