Elnur niyə efirlərdən qaçaq düşüb?
Bizi izləyin

Tabloid.az

Elnur niyə efirlərdən qaçaq düşüb?

Çoxdandır efirlərlə görünməyən, şou-proqramlardan gen gəzən müğənni Elnur, sən demə, özü gözdən-könüldən uzaq olmağa qərar veribmiş.

Publika.az-ın məlumatına görə, Elnur bunun səbəbini belə izah edib: “Efirlərə baxıram, maraqsızlıq baş alıb gedir. Maraqlı heç nə yoxdur. Buna görə də iki ildir ki, telekanallardan qaçıram, verilişlərə getmirəm. Mən ümumiyyətlə, özümə hörmət edən adamam. Addım atanda atamı, anamı yadıma salıb çalışıram onların adına layiq olum. Valideynlərimi utandıracaq bir iş görmürəm”.

Bununla belə Elnur boş dayanmadığını da dedi. Başını aşağı salıb yaradıcılıq işləri ilə məşğul olan müğənni yeni mahnılar lentə aldırır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm