• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Xanuma" pərdəni salacaq

"Xanuma" pərdəni salacaq

Bu gün Akademik Milli Dram Teatrında mövsümün son tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, A.Saqarelinin eyniadlı əsəri əsasında hazırlanmış "Xanuma" tamaşası ilə teatr mövsümü başa çatacaq.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərində xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış edirlər.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR