Günel Afaqın acığına görün neylədi? – QALMAQAL
Bizi izləyin

Tabloid.az

Günel Afaqın acığına görün neylədi? – QALMAQAL

İki xanım sənətçi – Afaq Aslan və Günel Məhərrəmli arasında qalmaqal getdikcə böyüyür.

Publika.az-ın məlumatına görə, müğənni Afaqın Güneli “zövqsüz müğənni” adlandırması qarşı tərəfi əməlli-başlı hərəkətə gətirib. Belə ki, Günel heç də zövqsüz olmadığını sübut etmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Xanım sənətçi özünü arıqlatmaq məqsədi ilə idman salonlarına üz tutub. Afaqın sözü, deyəsən, ona yaman yer eləyib. Görünür, Günel çəki atandan sonra stilinə əl gəzdirib, yenidən Afaqla qarşı-qarşıya gəlmək istəyir.

Amma Afaqa da Afaq deyərlər ha! Şou-biznesin ən cəsarətli müğənnisi çətin geri çəkilə.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm