Sərdar Ortaç Ebru Gündəşlə barışdı
Bizi izləyin

Tabloid.az

Sərdar Ortaç Ebru Gündəşlə barışdı

Türkiyəli müğənnilər Ebru Gündəş və Sərdar Ortac barışıb.

Bir neçə aydır küsülü olan köhnə dostların barışmasına Sərdar Ortaçın xəstəliyi səbəb olub.

Ebru Sərdar Ortaca MS (Mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulduğunu öyrənən kimi ona zəng edib.

“Kömək edə biləcəyim bir şey varmı? Sənə həmişə köməyə hazıram”, - deyən Ebru küsülü olsa da, dostunun xətrini hələ də çox istədiyini bir daha sübut edib.

Ortac isə “bir daha böyüklüyünü göstərdin. Çox təşəkkür” deyərək küsülülüyə son verib.

Xatırladaq ki, Ebrunun həyat yoldaşı Rəza Zərrab həbs olunan zaman Ortac Ebru Gündəşə zəng etdiyini, amma onunla əlaqə yarada bilmədiyini demişdi.

Ebru isə Ortacın sadəcə zəng etməklə kifayətlənməsindən incimiş, onun toyuna belə getməmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm