
Pharrell Williamsın eyni adlı klipi əsasında ayrı-ayrı
ölkələrdə, şəhərlərdə "Happy" klipi çəkilməkdə davam edir. ANS
PRESS-in məlumatına görə, bu dəfə isə "Happy Gəncə" videosu
hazırlanıb.
Klipdə Gəncə şəhərinin tanınmış simaları və Gəncənin fəal gəncləri
iştirak edib. Klip şəhərin müxtəlif yerlərində - Qala Qapıları -
Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Heydər Əliyev
Mərkəzi və Park Kompleksi, "Xan Bağı", "Cavad Xan" Küçəsi,
"Hacıkənd qəsəbəsi", adlı yerlərdə çəkilib.
Klip "Youtube"də "We Are Happy From Ganja" başlığı ilə
yerləşdirilib. Avropanın yeni "Gənclər Paytaxtı"nda bütün sənət
sahibləri xoşbəxtdir. Klipin çəkilməsində əsas məqsəd gəncəlilərin
xoşbəxtliyini təsvir etməkdir.