Azərbaycanlı müğənninin dəfn mərasimində ürəyi getdi
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənninin dəfn mərasimində ürəyi getdi

Məhəbbət Kazımovun dəfnində iştirak edən Yusif Mustafayevin halı pisləşib

Bu gün dəfn edilən Azərbaycanın əməkdar artsiti Məhəbbət Kazımovun dəfnində iştirak edən həmkarı Yusif Mustafayevin halı pisləşib. Anspress-in dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, M.Kazımovun cənazəsi qaldırılan zaman sənət yoldaşının ürəyi gediərək yıxılıb.

Mərhumun dəfn mərasiminə qatılan müğənni Könül Kərimova da M.Kazımov haqqında fikirlərini bölüşüb.

"Mənim sənətə gəlməyimdə onun böyük rolu olub. O insan belə tez getməməli idi. Sonuncu dəfə onunla telefonla danışmışıq. Bu yaxınlarda çəkilişimiz olmalı idi. Biz bir birimizin xətrini çox istəyirdik. Allah rəhmət eləsin, ailəsinə səbr versin".

Qeyd edək ki, mərhumla vidalaşamağa Könül Kərimovadan başqa gitaraçı Rəmiş həyat yoldaşı ilə, Əflatun Qubadov, Yusif Mustafayev, Manaf Ağayev, Nazənin, İlahə İbadova, Əli Mirəliyev və başqaları gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm