Cazibədar müğənni pozları ilə yandırıb-yaxdı-Foto
Bizi izləyin

Tabloid.az

Cazibədar müğənni pozları ilə yandırıb-yaxdı-Foto

Cazibədar müğənni pozları ilə yandırıb-yaxdı-Foto

Tanınmış müğənni Zarina Məmmədova çoxdan hazırlaşdığı klip çəkilişlərini həyata keçirib. Publika.Az -ın məlumatına görə, ifaçı üç gündür Qəbələ rayonunda gərgin gedən çəkilişlərdə iştirak edir.

Müğənninin bu klipini lentə alan isə Türkiyənin tanınmış rejissoru Kamal Başbuğdur. Öz komandası ilə paytaxtımıza təşrif buyuran rejissor musiqisi Pərviz Mahmudovun sözləri Aygün İsmayılovanın olan “Bir acı” mahnısında Zarinanı tərəf müqabilsiz çəkməyi üstün tutdu: “Ssenaridə qarşı cinsin nümayəndəsini görmədim. Bütün sevgidən bəhs edən kliplərdə bir oğlan və bir qız olur.

Eyni ssenaridə çəkmək istəmədim. Bu klipdə bir gənc qızın acısını göstərdim. Zarina çox gözəl xanımdır. Mən də onun sadəliyini göstərdim. Ümumiyyətlə, xanımlara klip çəkdiyim zaman çox dəbdəbəli görünüşdən qaçmağa çalışıram. Zarinanın peşəkar stilisti tam istədiyim görüntünü yaratdı. Bir də Zarinanın yaxşı aktrisalıq bacarığı var. Klipdə o, həqiqətən bir acı çəkən qız obrazını göstərə bildi”.

Üç gecə yatmadığına baxmayaraq Zarina çox gümrah və böyük həvəslə klipi başa vurdu: “Komandam olmasaydı yəqin çox yorulardım. Bütün gücümü sərf etdim və hələ ki nəticədən razıyam. Klipin bir hissəsi açıq havada hətta qar yağan zaman çəkildi. Geyimim çox nazik olsa da işləmək məni isidirdi. Həm Kamalın heyətindən həm də öz komandamdan çox razıyam”.

Onu da xatırladaq ki, Zarinanın imici üzərində top-stilist Elnur Həsənov çalışıb. Digər təşkilatçı işləri isə müğənninin yeni iş birliyinə başladığı prodüser Təranə Səmədova həyata keçirib.

Zarina fotosessiyada gördüyünüz geyimlərlə kifayətlənmədi. Onun digər iki obraz fevral ayında təqdim edəcəyi klipdə görəcəksiz. Fotoların müəllifi Şahin Cavadsoydur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm