"Cahandar ağa" dəfn edildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Cahandar ağa" dəfn edildi - FOTOLAR

Azərbaycanın teatr və kino aktyoru, yüzə yaxın personaja səhnə ömrü verən, 92 yaşlı Ələddin Aslan oğlu Abbasov dünən günorta saatlarında dünyasını dəyişib. "Dəli Kür" əsərində Cahandar ağa obrazını özünəməxsus ustalıqla yaradan, canlı əfsanəyə çevrilən, xalq artisti Ələddin Abbasovun vəfatı ilə əlaqədar bu gün Gəncə Dövlət Dram Teatrında şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, məsul işçilərinin, şəhər fəallarının, teatr və incəsənət kollektivlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin vida mərasimi keçirilib.

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşan aktyor lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb.

O, 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb.

1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı bu kollektivlə bağlıdır.

Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adlarına layiq görülüb."Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və digər bədii filmlərə çəkilib.

Xalq artisti Ələddin Abbasov "Fəxri Xiyaban"da dəfn olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm