Ayan: “Ən böyük layihəm Selenadır”
Bizi izləyin

Tabloid.az

Ayan: “Ən böyük layihəm Selenadır”

Bu aylar məşhurlar həm də yay konsertləri ilə gündəmə gəlirlər. Ayan Babakişiyeva ana olandan sonra repertuarını fasiləsiz yeniləyir və hər bir mahnısı sənətçinin populyarlığını daha da artırıb. Mahnıları ona yay konserti verməyinə şərait yaratsa da, Ayan əksinə düşünür. O, bu yaxın aylarda, ümumiyyətlə, solo konsert proqramı ilə çıxış etməyi düşünmür.

“Yay aylarında həmişə istirahətə üstünlük vermişəm. Konsert təklifləri olur. Amma yaxın gələcəkdə bu barədə düşünmürəm. Ən böyük layihəm 4 aylıq qızım Selenadır” – deyən sənətçi buna baxmayaraq yeni mahnılarını lentə aldırmağa davam edir. O, payız aylarında klip çəkilişinin gözlənildiyini qeyd edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm