Aygün Kazımovadan müraciət
Bizi izləyin

Tabloid.az

Aygün Kazımovadan müraciət

Hazırda Türkiyədə olan Xalq artisti Aygün Kazımova sosial şəbəkə izləyicilərinə müraciət ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, imicində yenidən dəyişikliklər etməyi qarşısına məqsəd qoyan müğənni hazırda İstanbulda istirahət edir. Havaların isti keçməsinə görə isə müğənni sosial şəbəkə izləyicilərini humanist bir addım atmağa dəvət edib.

"Dostlar, xahiş edirəm bacardığınız qədər küçəyə, bloklarınızın qarşısına küçə heyvanlarının içə biləcəyi qabda su qoyun. Havalar çox istidir, küçə heyvanları isə su tapmaqda çətinlik çəkir. Bu da küçə heyvanlarının ölümü ilə nəticələnir. Çox xahiş edirəm, əməl edək." - deyə müğənni sosial şəbəkədə müraciət yazıb.

Bundan başqa, Xalq artisti mətbuata verdiyi yeni açıqlamasında tezliklə imicində etdiyi dəyişikliklərlə hamını təccübləndirəcəyini vurğulayıb. Bir müddət əvvəl paylaşdığı şəkillərdə hər gün – səhər-axşam idman etdiyini bildirən sənətçi, bununla yanaşı, həm tennis oynayır, həm də günün müxtəlif saatlarında hovuzda üzgüçülüklə məşğul olur.

Qeyd edək ki, Xalq artisti İstanbulda olduğu müddətdə yeni “Təsadüf” adlı mahnısına klip çəkdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm