Oksana hindlilərin ağlını başından belə çıxardı –Video
Bizi izləyin

Tabloid.az

Oksana hindlilərin ağlını başından belə çıxardı –Video

Üç həftə əvvəl Hindistana gedən rəqqasə Oksana Rəsulovanın səfərinin məqsədi məlum olub. Publika.az-ın məlumatına görə, rəqqasə "Facebook"dakı şəxsi səhifəsində bu barədə yazıb.

Oksana orada məşhur “İndias Best Cine Star Ki Khoj” şousuna qatılıb. Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanan şouda Oksana rəqsini nümayiş etdirib.

Sənətçi müsabiqə haqqında bunları vurğulayıb: “Yarışmanın seçim turlarına 2000-dən çox adam qatılıb. Onlardan yalnız 100 nəfər “Mega audition”a seçilməli idi. Mən seçildim. Sonda üç mərhələ olacaq. Finala 12 nəfər düşəcək. Bundan sonra nələr olacağını “Youtube” kanalından izləyə bilərlər. İnşallah, məndə alınar. Münsif kürsüsündə Bollivud aktrisası Sonali Bendre, aktyor Ayuşman Hurana, tanınmış rejissor Vijay Krişna Açarya əyləşib. Çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı. Buna görə məni təbrik edən insanlar var olsun”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm