Afaq Aslan: “Günel, sənin qiymətin 200 manatdır”
Bizi izləyin

Tabloid.az

Afaq Aslan: “Günel, sənin qiymətin 200 manatdır”

Afaq Aslandan dəhşətli ittiham: “Sənin qiymətin 200 manatdır”.

İki müğənni arasında qalmaqal səngimək bilmir. Xanım ifaçılar Afaq Aslanla Günel Məhərrəmova “dur” demədən savaşıb, biri-birini daha çox təhqir ediblər.

Bir az öncə Afaqın sözlərini Tabloid.az saytında cavablandıran Günelin reaksiyası da özünü çox gözlətmədi.

Bundan qəzəblənən Afaq Aslan Publika.az-a açıqlama verərək daha dəhşətli iddialarla çıxış edib: “Günel Məhərrəmovanın “filosof” çıxışını oxudum. Acığı, gülməyim gəldi. Əslində, onun kim olduğunu bütün Azərbaycan bilir. Bəzi məşhurlarımızın onunla hansı tərzdə danışmasının çox adam şahidi olub. Ümumiyyətlə, Günel nəyə güvənib belə danışır? Çox “ailəliyəm-ailəliyəm” deyir. Onun necə ərə getməsi və “yoldaşı” deyilən adamın onun “kiminin” dostu olmasını hər kəs yaxşı bilir”.

Geyim tərzindən söz açan Günel bu mövzuda fikirlərini də Afaq cavabsız qoymayıb: “Günel hansı nümunəvi geyim tərzindən danışır ki? “Oramı-buramı açmıram” deyir. Onun bəyəm göstəriləcək yeri var ki? Amma onun üzə çıxası qəşəng arxivi var. İstəyir ona özünün otel və kişi siyahısını təqdim edim? Mən nə edirəmsə, göz önündədir. Özüm də subay qızam. Amma o, “ailəliyəm” deyə-deyə hər kəsi aldadır. Deyəsən, Günel xüsusi adamlar üçün soyunmağı üstün tutur. Yəqin, bunu da qaranlıqda edir. Bədəninin qüsurları üzə çıxmasın deyə”.

Günel müsahibəsində Afaqın sənətindən də söz açıb. Bu mövzuya gəlincə isə, Afaq belə deyib: “Mənim ifam haqda sənətkarlar söz deyə bilər. Günel kimilərinin isə konsertlərə, tədbirlər kimlərin xahiş və minnəti ilə gedib çıxdığını da gözəl bilirik. Kimi aldatmaq istəyir bu çıxışı ilə? O qadının bütün açıqlamaları paxıllıqdan və qısqanclıqdan irəli gəlir. Çünki “10 ildir səhnədəyəm” deyir, amma müğənnilik adı altda elədiyi yalnız başqa şeylərdir. Günelin bu sözləri yalnız xainlikdir. Çünki anlayır ki, mən ondan daha gözəl, daha gənc, daha cazibədar və daha şanslıyam. O, 10 ildə ancaq bunları edə bilib səhnədə. Mənim gələcək 10 illikdə nələr edəcəyimi isə o, qocalanda görəcək.

Oğlu var bunun. Adamın o uşağa yazığı gəlir. Böyüyüb anasının kim olduğunu bilincə, nəinki anasına, bütün bəşəriyyətə nifrət edəcək. Anasına salam verən hər kişiyə ikrah hissi ilə baxacaq. Deyəcək, bu anamın, görəsən, nəyidir. Amma mənim haqqımda soruşanda “yalnız soyunur” deyə bilir camaat. Bir də Günel haqda maraqlanın. Eşitdiklərinizdən ürəyiniz bulanacaq. Siz o qadının həyatda necə danışdığını görsəniz, dəhşətə gələrsiniz. Efirdə artistlik etməklə deyil ki, hər kəs sənin səviyyəni bilir. Və bu gün bunu üzünə demirlərsə, bu o demək deyil ki, sən idealsan. Sadəcə, kimlərsə səni aldadır. Məncə, sən zamanın olunca, mənə də qulaq as. Bu sənətə mənim kimi müasir gənclər yox, sənin kimi sənəti yox, başqa məharəti olan qadınlar ləkədir. Mənim karyeram hələ qabaqdadır. Amma sən indi etdiyin murdarçılıqdan başqa heç nəyə qadir deyilsən”.

Afaq son sözlərində Günelə növbəti xəbərdarlığını edib: “Mənimlə belə yekə-yekə danışma. Çarəsiz qalıb, öz adını mənə qoyma. Deyəsən, sən güzgüyə baxıb müsahibə verirdin. Sənin hansı ayaqqabının qiyməti mənim qarderobumdan bahadır? Sənin özünün ümumilikdə qiymətin 200 manatdı”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm