Ağadadaş Ağayev nəyin peşmançılığını çəkir?
Bizi izləyin

Tabloid.az

Ağadadaş Ağayev nəyin peşmançılığını çəkir?

Xalq artisti Ağadadaş Ağayev son vaxtlar yaxşı mahnıların az olmasının səbəblərindən danışıb.

Publika.azn məlumatına görə, müğənni bunun bir səbəbini də yaxşı mahnının sahibinə çatmaması ilə izah edib: “Bəstəkar yaxşı mahnı yazır, amma sənəti olan müğənninin pulu olmur ki, həmin mahnını alıb oxusun. Səsi olmayan müğənni də mahnını pis günə qoyur. İfaçı yaxşı olmayanda mahnı da populyar ola bilmir. Bəstəkarı da qınamalı deyil, o da qazanmaq istəyir. Təbii ki, bunu bütün bəstəkarlara şamil etmək olmaz, yaxşı bəstəkarlarımız da var”.

Müğənni söhbət əsnasında özündən də gileylənib: “Ona gileylənirəm ki, yaradıcılığıma az vaxt ayırmışam. Çox peşmanam buna görə. Bir dəfə dostlar məni qınadılar ki, əvvəllər ritmik mahnıların daha çox olurdu, özü də sevilirdi. Amma indi belə mahnılara az yer ayırırsan. Bundan sonra “Sən oldun” adlı mahnım ərsəyə gəldi. “YouTobe”da ən çox izlənilən mahnıdır. Rekord sayda dinləyicisi var, artıq bu say iki milyonu keçib”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm