Halit Ergenç 6 saat buzlu suda qaldı - FOTO, VİDEO
Bizi izləyin

Tabloid.az

Halit Ergenç 6 saat buzlu suda qaldı - FOTO, VİDEO

"Möhtəşəm yüz il" teleserialının növbəti seriyasının çəkilişləri maraqlı məqamlarla yadda qalıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sultan Süleyman" obrazını canlandıran aktyor Halit Ergenç 6 saat ərzində buzlu suya girib-çıxmaq məcburiyyətində qalıb.

Aktyorun titrədiyini görən heyət üzvləri həmin epizodları fasilə ilə çəkməyi təklif edib. Lakin H. Ergenç tərəf müqabillərinin konsentrasiyasını pozmaq istəmədiyini deyib. Aktyor elektrikli qızdırıcılar vasitəsilə isidilib.

Qeyd edək ki, "Möhtəşəm yüz il"in son bölümlərində Sultan Süleyman güclü qızdırmadan əziyyət çəkir və saray həkimləri onu buzlu vannaya salır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm