Yaddaşlarda yaşayan aktyor – Fotolar
Bizi izləyin

Tabloid.az

Yaddaşlarda yaşayan aktyor – Fotolar

Bu gün xalq artisti, sevilən aktyor Telman Adıgözəlovun xatirə günüdür.

Telman Adıgözəlov 1953-cü il iyulun 17 -də Balakən rayonunda anadan olub.

1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb. Azərbaycan teatrı və kinosunda bir-birindən gözəl rollar yaradıb.

Bu sırada "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris…Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular" teletamaşalarında, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar yaradıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm