Tabloid.az
Azərbaycanda şirniyyat festivalı
Azərbaycanın Şəki şəhərində ilk dəfə olaraq Beynəlxalq
ənənəvi şirniyyat festivalı keçirilir.
ANS PRESS-in məlumatına görə, iyulun 20-də axşam saatlarında Şəki
şəhərindəki XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı
Karvansaray” mehmanxana kompleksinin həyətində Beynəlxalq ənənəvi
şirniyyat festivalı başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya
Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən
festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və
rayonundan şirniyyatçılar iştirak edir.
Burada düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən
hazırladıqları müxtəlif çeşiddə şirniyyat məhsulları nümayiş
etdirilir.
Bu dəqiqələrdə mehmanxana kompleksinin həyətində festivalın rəsmi
açılış mərasimi keçirilir.
Sərgilərlə tanışlıqdan sonra festivalda fərqlənənlərə mükafatlar
təqdim olunacaq.
Festivala rəngarəng konsert proqramı ilə yekun vurulacaq.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO