Müğənni görün necə fəryad edir – FOTO - VİDEO
Bizi izləyin

Tabloid.az

Müğənni görün necə fəryad edir – FOTO - VİDEO

Bir müddət əvvəl müğənni Nigar Abdullayevanın ifa etdiyi “Gözlər” adlı mahnıya çəkilən klipi izləyicilərin böyük marağına səbəb olub.

Əsasən, sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilən klipdə diqqət iztirablı qadın obrazını canlandırmağa çalışan N.Abdullayevanın jestlərinə yönəlib. Müğənni klipdə ağlayaraq fəryad çəkir ki, bu da izləyicilər tərəfindən təbii qarşılanıb.

Bunun müqabilində də “YouTube”da yayımlanan klipin baxış sayı az müddət ərzində yüksəlib.

Məsələylə bağlı N.Abdullayeva açıqlama verərək bildirib ki, klipdə canlandırdığı obrazda tamamilə özünəməxsus hissləri əks etdirməyə çalışıb.

Qeyd edək ki, sözləri və musiqisi Arif Səlimə məxsus, lirik janrda olan "Gözlər" mahnısına rejissor Rəhman Əliyev klip çəkib.

Mahnıda bekvokalları müğənni Nurlan Təhməzli ifa edib. Mahnının aranjemanı Elvin Musayevə aiddir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm