• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fransız bəstəkarı da “Many Happy Returns” kampaniyasına qoşuldu

Fransız bəstəkarı da “Many Happy Returns” kampaniyasına qoşuldu

Tanınmış fransız bəstəkarı Pyer Tiloy uzun müddətdir ki, Azərbaycanın incəsənət xadimləri ilə sıx əməkdaşlıq edir. O, Azərbaycana ilk dəfə 2001-ci ildə gəlib və 2003-2005-ci illərdə Fransanın Azərbaycandakı səfirliyində musiqi proqramı ilə çıxış edib. Tiloyun Bakı səfərləri sonradan “France 2” və “Mezzo” kanallarında yayımlanan “Pierre Thiloy, la Montagne de Feu” adlı sənədli filmində öz əksini tapmışdı. 2008-ci ildən bəri o, müntəzəm olaraq Azərbaycanı ziyarət etmiş və Azərbaycan tarixi, mədəniyyəti və musiqisinin öyrənilməsi ilə məşğul olmuşdur.

2012-ci ildə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşəbbüsü ilə Pyer Tiloy Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli qırğını olan Xocalı qətliamının 613 qurbanının xatirəsinə simfoniya bəstələyib. Fransız sənətkarın bəstələdiyi “Xocalı 613” simfoniyası 2013-cü ildə Paris və Londonda AAC-nin təşkil etdiyi Xocalı qurbanlarının anım konsertlərində ilk dəfə olaraq dünya ictimaiyyətinə təqdim edilib. Bu təsirləndirici musiqi parçası balaban və başqa ənənəvi Azərbaycan nəfəs musiqi alətlərinin səsindən ibarətdir. Pyer Tiloyun dediklərindən: “Xocalı qırğını, bütün Azərbaycan xalqına ziyan vurmaqda olan Dağlıq Qarabağ münaqişəsindən doğan, Azərbaycan xalqının başına gələn ən dəhşətli hadisələrdən biridir”. “Xocalı 613” simfoniyası əzəmətli “Victoires de la Musique Classique” mükafatının qaliblərinin yekun siyahısına daxil edilmişdir.

2013-ci ildə Pyer Tiloy Qərbi Fransada “Festival de Syam” festivalının əsasını qoyub. Burada Azərbaycan bəstəkarlarının klassik musiqisi ilə Qərb bəstəkarlarının klassik musiqisini kombinasiyası səslənib. Heydər Əliyev fondu tərəfindən təşkil edilən 2014-cü il festivalının 30 dan artıq konsertində azərbaycanlı və qərb musiqiçiləri tərəfindən Azərbaycan muğamı, jazz-muğamı və klassik musiqisi ifa edilmişdir. Pyer Tiloyun səyləri zəngin Azərbaycan musiqisinin öyrənilməsinə və bu musiqi vasitəsilə Dağlıq Qarabaq münaqişəsinin insanlığa mənfi təsirinin çatdırılmasına yönəlmişdir.

Pyer Tiloy 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı durumunu işıqlandırmağa yönəlmiş Many Happy Returns” (MHR) tədbirini belə şərh etmişdir: “Mən Azərbaycanda tez-tez qonaq oluram və bu ölkə mənim qəlbimdədir. Mən xalqlar arasında barışığa inanıram. Mən, vəfat etmiş Xocalı sakinlərinin unudulmaması üçün orkestr üçün yazılmış “Xocalı 613” simfoniyasının müəllifiyəm”.

“Many Happy Returns” kompaniyasının adı ingilis təbrikindən götürülüb və öz doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaq istəyini xatırladır.

Saytda www.manyhappyreturnsidp.com Azərbaycanın 76 bölgəsində yerləşən qaçqın və məcburi köçkün düşərgələrin yalnız üçündə, tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotoşəkillər yerləşdirilib.

Veb səhifəsi cəmiyyətə “BMT-nin Umumdünya qaçqınlar gününü” nün “Ümumdünya qaçqın və məcburi köçkünlər günü” kimi tanınmasını dəstəkləməyə imkan yaradır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR