Məhbuslar arasında intellektual oyunlara start verildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məhbuslar arasında intellektual oyunlara start verildi - FOTOLAR

“Azərbaycan” İntellektual Oyunlar Klubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində intellektual oyunlar üzrə turnirlərə start verildi.

Publika.az-a verilən məlumata görə, iyul ayının 22-də Bakının Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində ilk dəfə belə yarış baş tutdu.

Onu da nəzərinizə çatdırırıq ki, yarışma “Nə? Harada? Nə Zaman?” formatında keçirilib. Oyun hər tur 12 sualdan ibarət olmaqla 2 tur davam edib. Yekunda 16 düzgün cavabla “Qartal” komandası qələbəni bayram edib.

“Azərbaycan” İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevin sözlərinə görə, intellektual oyunlar maraqlı bir hobbi olmaqla bərabər, eyni zamanda, böyük tərbiyəvi xarakter daşıyır. O, əlavə edib ki, Klub öz növbəsində bu tip yarışların daha da populyarlaşması üçün səylərini əsirgəməyəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm