“Qız yükü” serailının rejissorundan ittihamlara cavab: “Ayıbdır!”-ÖZƏL
Bizi izləyin

Tabloid.az

“Qız yükü” serailının rejissorundan ittihamlara cavab: “Ayıbdır!”-ÖZƏL

“Qız yükü” serialının ssenaristi Arzu Soltanın ATV-nin prezidenti Vüqar Qaradağlıya media vasitəsilə açıq məktubuna rejissor İntiqam Hacılı Publika.az vasitəsi ilə münasibət bildirib:

“Hələ susuram, dinmirəm, ayıbdır. Arzu Soltanı serialdan mən uzaqlaşdırmışam. Çünki ssenarisi mənim xoşuma gəlməyib. Mən ona dedim ki, gəl müqavilə bağlayaq, pulunu götür. Pul bizdədir, onu gözləyirik. O gəlmədi. ATV telekanalı özü də bu müqaviləni gözləyir. Müqavilə imzalanan kimi pulu alacaq. Arzu Soltanın yazdıqlarından mən 10 vərəq də yaza bilərəm”.

Qeyd edək ki, bir müddət əvvəl erotik səhnələri ilə gündəmə gələn “Qız yükü” serialının ssenaristi Arzu Soltan ATV-nin prezidenti Vüqar Qaradağlıya media vasitəsilə açıq məktub ünvanlayıb.

Publika.az-a daxil olan məktubda Arzu Soltan “ATV” kanalında yayımlanan serialın ssenarisi ona məxsus olsa da, serialın rejissoru İntiqam Hacılı onun qanorarını ödəmədiyini bildirib.

ATV kanalının rəhbərliyi problemin rejissor və ssenari müəlifi arasında olduğunu bildiri.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm