"Çalıkuşu"nun Fəridəsi: "Boğaziçi tələbəsi olmaq asan deyil" - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Çalıkuşu"nun Fəridəsi: "Boğaziçi tələbəsi olmaq asan deyil" - FOTOLAR

Türkiyədə və dünyanın bir çox ölkərində maraqla izlənən "Çalıkuşu" serialının müasir formatının "Fəridə"si Fəxriyyə Evcən təhsili, iş rejimi və yaşam tərzi ilə bağlı maraqlı açıqlamalar verib. Publika.Az həmin müsahibəni təqdim edir:

- Son vaxtlar gərgin iş rejimindəsiniz. Bir tərəfdən "Çalıkuşu" çəkilişləri, digər tərəfdən də tələbəlik həyatınıza davam edirsiniz.

- Bildiyiniz kimi mən Boğaziçi Universitetinin tarix fakultəsinin tələbəsiyəm. Artıq məzun olmağıma çox az qalıb. Son semestrdəyəm. Bəzən düşündükdə mən həqiqətən də çox çətin işin öhtəsindən gəlmişəm. Bu qədər gərgin işin arasında Boğaziçi Universitetinin müəllimlərini razı salmaq elə də asan iş deyil. Ancaq mən elmə və öyrənməyə aşiq insanam. Mən bu çətinliyə əzmimlə qalib gəldim. Çəkilişdən qalan vaxtımı dərslərimə ayırıram.

- Kiçik yaşınızdan bər-bəzəkli dünyanın mərkəzinə düşdüyünüzün fərqinə vara bildinizmi?

- Əslində heç vaxt elə hiss etməmişəm. Biz alqış və təqdirlərlə qidalanan insanlarıq. Ancaq bu o demek deyil ki, öz yaşantımızda eqosentrik insanlarıq. Tam əksinə olaraq işin şöhrətindən uzaqda yaşamağı sevirəm. Mən sadə yaşamağı seçənlərdənəm.

- Aktrisalıq həyata baxışınızı hansı istiqamətə çevirdi?

- Aktrisalıqda ən mühümi müşahidəçilik bacarığının olmağıdır. Daha sonra təsir reaksiya verir. Bu müşahidələri apararkən və təsirlərə reaksiya verdiyim zaman bunların həyatıma çox şey qatdığının şahidi oldum. Normadan çox müşahidə aparmağa başladım. İnsanların reaksiyası mənim diqqətimi çəkməyə başladı. Aktrisalıq idrak və qavrayışımı daha da yaxşılaşdırdı.

- Tarixi seriallara çəkilmək necə hissdir? Təhsiliniz bu serialda sizə müsbət mənada kömək oldumu?

- Ssenari son dərəcə açıqdır. Ancaq bəzən obrazı dərk etmək üçün o dövrün ruhuna sahib olmaq lazım gəlir. O dövrün insanlarının ruhu indikilərlə eynidir, amma davranışları fərqlidir. Bunu başa düşə bilmək üçün o dövrə səyahət etmək lazımdır. Məsələn, o dövrdə ədəb, həya, abır daha çox vurğulanır. Ona görə də Fəridə nə qədər "dəli" qız olsa da lazımi yerdə mədəni, əxlaqlı və tolerant ola bilir.

- Bəs, özünüzü nə qədər Fəridə, nə qədər Fəxriyyə kimi hiss edirsiniz?

- Layihənin hazırlıq mərhələsindən Fəridə ilə yatıb, Fəridə ilə dururam. Hər gün onunla yaşayıram. Demək olar ki, hər gün güzgüyə Fəridə kimi baxıram. Fəridə danışır, yeyir, içir... Təsirə düşməmək qeyri-mümkündür. Hər həftə sadəcə bir günüm boşdur. Sadəcə o gün Fəxriyyə oluram. Yaxşı ki, Fəridəni çox sevirəm (gülür).

- Hədiddindən artıq nizamlı olmaq sizi yormur? Sizdə "Boş ver, getsin" halı olmur heç?

- Xeyir, elə bir hal olmur deyəsən (gülür). "Etdiyin şeylərə görə deyil, etmədiklərinə görə peşman olarsan" sözü mənim üşün çox əhəmiyyətli deyil. Onda belə çıxır ki, hər şey edək, səhvləri təkrarlayaq və ya düz olmadığını bilmədiyimiz səhvlərə xidmət edək. Məncə belə olmamalıdır. Əgər məqsəd xoşbəxt və mənəvi rahatlıqdırsa "Boş ver, getsin" deyib sonra üzüləcəyimiz addımlar atmamalıyıq.

- “Çalıkuşu”’nun Fəridəsi olaraq oxuduğunuz “Bahçede Yeşil Çınar” türküsü ile sosial şəbəkədə müzakirə obyektinə çevrildiniz.

- Musiqi uşaqlığımda marağıma səbəb olmuşdu, həm də ailəmin xüsusi istəyi idi. Bir sıra musiqi alətlərinə maraq göstərirdim. Ancaq yalnız pianino ilə məşğul olmaq imkanım oldu. Musiqi ilə bağlı əvvəlcədən öyrəndiyim məlumatlar indi mənə çox kömək etdi. Hazırda evimdəki pianino ilə sadəcə baxışmaq imkanım var, amma arada çalmağı da sevirəm.

Çevirdi: DƏNİZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm