Dünyanın tanınmış musiqiçiləri Qəbələdə toplaşıb
Bizi izləyin

Tabloid.az

Dünyanın tanınmış musiqiçiləri Qəbələdə toplaşıb

Dünyanın tanınmış musiqiçiləri yenə də Qəbələdə toplaşıb. Burda musiqi bayramı başlayıb. Altıncı dəfə keçirilən festivalda təşkilatçılar bu dəfə yeniliklər də ediblər.

ANS TV-nin məlumatına görə, Qəbələdə VI beynəlxalq musiqi festivalına start verildi. Heydər Əliyev Fondunun bu beynəlxalq layihəsində Azərbaycanla yanaşı xarici ölkələrdən dəvət olunan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edir.

Təşkilat komitəsinin üzvü Dmitri Yablonskinin sözlərinə görə, Azərbaycan musiqiçiləri ilə bərabər məhşur dünya şöhrətli ifaçılar da iştirak edəcək. “Çox möhtəşəm bir konsert olacaq, həmçinin Qax və Şəkidə də konsertlər olacaq”.

Tədbirin təşkilat komitəsinin sədri Fərhad Bədəlbəyli bu dəfəki festivalın əvvəlkilərdən bir çox yenilikləri ilə fərqlənəcəyini bildirdi: "İsraildən balet truppası gələcək. Onlar Q. Qarayevin “7 gözəl” baletini nümayiş etdirəcəklər. Çox maraqlı olacaq. Dünya şöhrətli musiqiçilər gəlirlər".

Açılışa Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təbrik məktubunun oxunması ilə start verildi. Millət vəkili, Fəttah Heydərov VI Qəbələ beynəlxalq musiqi festivalı vasitəsi ilə ölkəmizin dünyaya sülh mesajlarının heç bir sərhəd tanımayan musiqi dili ilə bəyan olunduğunu dedi.

Festivalda dünya musiqi mədəniyyətinin bir çox tanınmışları, eləcə də Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran və başqaları iştirak edəcək. Ölkəmiz isə Dövlət simfonik orkestri eləcə də Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova ilə təmsil olunur. Festival avqustun 1-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm