Doğuş Bakıda möhtəşəm konsert verəcək
Bizi izləyin

Tabloid.az

Doğuş Bakıda möhtəşəm konsert verəcək

Bir müddət bundan öncə Xoşqədəm Hidayətqızının dəvəti ilə Almaniyada klip çəkilişlərini yarımçıq qoyaraq Bakıya gələn Türkiyənin məşhur müğənnisi Doğuş avqustun 2-də saat 19:00-da “Panoramic Restaurant Music Hall” da möhtəşəm konsert verəcək. Bu barədə Publika.az-a açıqlama verən müğənni avqustun 2-də baş tutacaq konsertdə səhnədə yalnız canlı musiqi ifa edəcəyini söyləyib.

“Panoramic Restaurant Music Hall” ın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə artıq biletlərin, demək olar ki, hamısı satılıb.

Qeyd edək ki, “Panoramic Restaurant Music Hall” Nefçilər prospekti 33 ünvanında yerləşir. Əlaqə nömrələri: 012 491 30 33, 012 491 31 33, 050 310 32 33

Konsertin informasiya dəstəyi Publika.az və Axar.az saytlarıdır.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm