Elza sərt danışdı: “Özünü kiməsə bənzətmək biabırçılıqdır”
Bizi izləyin

Tabloid.az

Elza sərt danışdı: “Özünü kiməsə bənzətmək biabırçılıqdır”

Ötən il suya verdiyi konsertlə yadda qalan əməkdar artist Elza Seyidcahan bu yay da təyyarəçilərə verəcəyi konser layihəsi ilə gündəmi silkələyəcək. Artıq konsert proqramına hazırlaşan Elza Publika.az-a danışaraq bu dəfə də tamaşaçılarını təəccübləndirməyə nail olacağını deyib:

“İstəsəm də, istəməsəm də insanlar məni görəndə təəccüblənirlər. Mən nə edirəmsə, adamları təəccübləndirə bilirəm. Bəzi insanlar özlərini öldürürlər ki, təəccübləndirsinlər. Amma çox gülməlidir vallah. Hər kəs özü olsa, daha yaxşıdır. Özünü kiməsə bənzətmək biabırçılıqdır. Özlərini başqa, fərqli göstərmək istəyirlər, amma bunun heç bir xeyri yoxdur. Budəfəki layihəm də hər yana səs salacaq. Müəyyən insanlar həmin konserti dinləmək şansı qazanacaqlar”.

Elza onu da bildirdi ki, təyyarədə verəcəyi konserti dinləmək imkanını yalnız həmin gün bilet alıb harasa uçan insanlar qazanacaqlar. Hələ ki, layihə barədə ətraflı danışmaq istəməyən Elza bunun sürpriz olacağını bildirdi. Onu da öyrəndik ki, ekstravaqant sənətçi bu dəfə də fərqli geyimləri ilə görünəcək. Həmin geyimlərin müəllifi isə bacısı Lalə Seyidcahandır. Qeyd edək Lalə Seyidcahan uzun illərdir ki, bacısının geyimlərin hazırlayır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm