“Nabat”ı İtaliyaya dəvət etdilər – Foto
Bizi izləyin

Tabloid.az

“Nabat”ı İtaliyaya dəvət etdilər – Foto

Rejissor Elçin Musaoğlunun çəkdiyi “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-dək İtaliyada keçiriləcək 71-ci Venesiya Beynəlxalq kinofestivalında nümayiş olunacaq.

Publika.az-ın məlumatına görə, bu film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (“Orizzonti”) proqramında iştirak edəcək. Bu bölmədə yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir.

E.Musaoğlu ilə yanaşı, 16 rejissorun filminin də nümayiş olunacağı bu proqramda ən yaxşı ekran əsərlərinin müəlliflərinə mükafatlar təqdim ediləcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm