Milyarder supermodelin ailəsini dağıtdı
Bizi izləyin

Tabloid.az

Milyarder supermodelin ailəsini dağıtdı

Məşhur model Miranda Kerr və həyat yoldaşı Orlando Blumun boşanmaya səbəbkar olan insanın kimliyi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, həmin şəxsin avstraliyalı milyarder Ceyms Parker olduğu iddia edilir. 30 yaşlı supermodel Miranda Kerrin milyarder Parkerin məşuqəsi olduğu, sonra da Parkerə olan sevgisinə ailəsini qurban verdiyi vurğulanır.

7 milyard dollarlıq sərvətə malik 46 yaşlı Parker də 3 ay əvvəl arvadı, supermodel Erika Bakteri boşayıb. Miranda Kerr və Ceyms Parkerin ikisinin də evli olduqları zaman görüşdükləri bildirilir. Parkerin boşadığı arvadı Erika Bakster üç övladını da götürərək vətəni ABŞ-a qayıdıb.

Ceyms Parkerlə görüntülənən Miranda bunu gizlətmək üçün əlindən gələni edir. Miranda oğlu Flinni tərbiyə etdiyi üçün münasibətini qabartmaq istəmir. Buna baxmayaraq o, tez-tez avstraliyalı milyarderin mehmanxanasında görüntülənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm