
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı
müğənni Azəri Günel Zeynalova nişanlısı və ailəsi ilə istirahətə
yollanıb.
ANS PRESS-in məlumatına görə, il ərzində gördüyü işlərdən sonra çox
yorulduğunu və dincəlməyə ixtiyarı çatdığını deyən ifaçı,
istirahətə yollandıqda ailəsi və nişanlısı onu tək buraxmayıb.
Günel gözəl mənzərəli məkanlarda dincələrkən bol-bol şəkil
çəkdirib. Yaxınları və bacısı ilə kamera qarşısına keçən sənətçi,
daha sonra isə həmin fotoları İnstagram səhifəsində paylaşıb.