İlhamə danışdı, Flora məclisi tərk etdi-FOTOLAR
Bizi izləyin

Tabloid.az

İlhamə danışdı, Flora məclisi tərk etdi-FOTOLAR

İlhamə danışdı, Flora məclisi tərk etdi

Ötən gün müğənni Xatirə İslam şou əhlini, yaxın dostlarını başına yığaraq, ad günü keçirib.

Publika.Az xəbər verir ki, dəbdəbəli məkanların birində reallaşan ad gününə ulduzlar axın edib.

Belə ki, xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Natavan Həbibi, Səidə Sultan, Xatun, Aysel Əlizadə, Elton kimi çox saylı ulduzlar Xatirənin sevincinə şərik olublar.

Küsülü olan İlhamə Quliyeva, Flora Kərimova və Nazpəri Dostəliyevanın bir məclisdə olması bütün diqqəti onlara yönləndirib.

Ad gününü tez tərk edən Nazpəri Dostaliyevadan sonra xalq artisti İlhamə Quliyeva Xatirəyə xeyir-duasını verib, ürək sözlərini dilə gətirdi. Bu zaman xalq artisti Flora Kərimova məclisi tərk etdi.

Bu və ya digər maraqlı məqamlarla zəngin olan ad günündən özəl fotoları sizlərə təqdim edirik:

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm