“Müğənni lazım gələndə soyunmalı, əldən-ələ düşməlidir”
Bizi izləyin

Tabloid.az

“Müğənni lazım gələndə soyunmalı, əldən-ələ düşməlidir”

Xalq artisti Nisə Qasımova müğənni olmağına peşmandır.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Nə varsa" verilişinə qonaq olarkən danışıb:

"Müğənni olmağıma peşmanam. Dağlı məhəlləsində doğulmuşam. Əgər məndə abır-həya olmasaydı, dünyanı fəth edən biri olardım. Sənət elədir ki, burada soyunmalı, qaralıb-ağarmalı, əldən-ələ düşməlisən. Bəzi dəyərli sənətkarlarımızı çıxmaq şərtilə, digərləri kimlərinsə sayəsində istədikləri zaman sənət zirvəsində əyləşə bilərlər. Əgər mən də o yolun yolçusu olsaydım, indi bir nəfər ifaçı qarşımda səsini də çıxara bilməzdi, dünyada tanınardım".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm