Minarə Allahverdiyeva həyat yoldaşından danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Minarə Allahverdiyeva həyat yoldaşından danışdı - Fotolar

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı füsünkar gözəlliyi və istedadı ilə tez bir zamanda məşhurlaşan, hər kəs tərəfindən sevilən model Minarə Allahverdiyeva oldu. Minarə Allahverdiyeva gözəllik və dəb haqqında fikirlərini bizimlə bölüşdü, eyni zamanda, həyat yoldaşı ilə münasibətindən danışdı.

- Xoşbəxt evlilik həyatının sirri nədir?

- Xoşbəxtlik evililiyin sirri qarşılıqlı hörmətdə və anlayışlı olmağı bacarmaqdadır. Yaş ötdükcə bunu daha çox anlamağa başlayırsan. Amma ailənin möhkəm, təməlinin sağlam olması üçün deyərdim ki, qadının o qədər yox, kişinin sevgisi daha önəmli amildir.

- Minara Allahverdiyeva hazırda özünü xoşbəxt qadın hesab edir?

- Bəli, özü də çox. Qadının xoşbəxt olması üçün əslində, çox şey lazım deyil. Ona sonsuz hörmət, diqqət göstərmək və qayğısına qalmaq kifaytət edir ki, o, özünü dünyanın ən xoşbəxt və gözəl qadını hesab etsin. Bu da şükürlər olsun ki, məndə var. (Gülür)

- Həyat yoldaşınızla bir-birinizi yaxşı başa düşürsünüz, anlaşırsınız?

- Bəli, biz bir-birimizi gözəl anladığımız üçün ailə qurduq.

- Küsəndə ilk addımı kim atır?

- Biz küsmürük ki, barışmaq üçün bəhanə axtaraq.

- Yəni, heç mübahisə etmirsiniz?

- Əlbəttə ki, hər bir ailədə yaşanan xırda söhbətlər bizdə də olur. Bu da təbii haldır.

- Qadınlar həmişə diqqət dənizində boğulmaq istəyir. Həyat yoldaşınız ondan gözlədiyiniz diqqəti göstərir?

- Türklər demiş, fazlası ilə. (gülür) Həyat yoldaşım qadına təkcə ehtiyacı olduğu diqqəti göstərmir. Eyni zamanda, mənə hər bir işimdə dəstək olur. Hər şey qarşılıqlıdır, həyat yoldaşıma olan hörmətim sonsuzdur.

- Həyat yoldaşınız sizin füsünkar gözəlliyinizi qısqanmır ki?

- Yoldaşımın mənə güvəndiyi üçün qısqanclıq kimi problemlər yaşamırıq.

- Ailənizdə mübahisə düşəndə, problemlər olanda kimin sözü əsas sayılır?

- Haqlı tərəfin. Adətən ikimizin də sözü keçir.

- İkiniz də tanınmış insanlarsınız. Övladlarınıza vaxt ayıra bilir və onu əyləndirməyi bacarırsınız?

- Əlbəttə, övladlar ilk növbədə dayanır. Heç bir iş uşaqlara vaxt ayrımaqdan önəmli ola bilməz.

- İkinci dəfə ana olmağa hazırlaşırsınız. Hansı hissləri keçirirsiniz?

- Düzü, hamilə olmağım barədə xəbərin mediada yayılmasını istəmirdim, bu səbəbdən bu günə kimi heç kimə deməmişdim. Qarnım balaca olduğundan heç kim bilmirdi də. Fikirləşirdim ki, övladım dünyaya gəldikdən sonra hər kəsə sürpriz edim. Amma mətbuatdan heç nəyi gizlin saxlmaq olmur. (gülür). Qız uşaqlarını çox sevirəm, Allah üç qız versə yenə də sevinərəm. İnşallah qızıma Məryəm adını qoyacam. Bu, çox xoşladığım adlardan biridir.

- Qadın özünü nə vaxt tənha hiss edir?

- Mən o hissi yaşamamışam, ona görə deyə bilmərəm. Yəqin ki, aldadılan zaman özünü tənha və alçaldılmış hiss edir. Çünki bir qadının həyatında bundan pis hadisə ola bilməz. İnsan sanki yaşarkən ölmüş və sınmış kimi olur...

- Kişilər, yoxsa qadınlar daha etibarlı sirdaşdır?

- Təbii ki, kişilər. Çünki qadınlar arasında paxıllıq və rəqabət hissi daha güclü olur. Bu isə dostluq münasibətinə kölgə salır.

- Əsl qadın necə olmalıdır?

- Əsl qadın öz dəyərini bilməli, özünə hörmət edən xanım deməkdir. Millətinə, ailəsinə, uşaqlarına sadiq olmalıdır və nəhayət nə qədər ki, özünü əsl xanım kimi hiss edir, onun üçün nəyisə sıfırdan başlamaq, həyatını yenidən qurmaq heç vaxt gec deyil.

- Hansı brendlərdən geyinirsiniz?

- Brend və bahalı olması önəmli deyil. Əsas məsələ tərzimə uyğun olmasıdır və əlbəttə ki, bədən quruluşuma uyğun olmalıdır.

- Hansı tərzə üstünlük verirsiniz?

- Hollivud ulduzlarının geyimlərinə baxıb özümə yaraşan geyim modellərini seçirəm. Məşhur dizaynerlərin kolleksiyalarını izləyib ilham alıram. Onlardan bəhrələnməyə çalışıram. Getdiyim tədbirdən asılı olaraq özümə yaraşan bir obraz fikirləşirəm, saçımın və makiyajımın bir-birini tamamlamasına diqqət edirəm.

- Gözəlliyinizi mühafizə etməyə çox vaxt ayırırsınız?

- Gözəlliyimə lazım olduğundan çox vaxt ayıranlardan deyiləm, amma daim baxımlı olmağa çalışıram.

- Gözəllik ağıldan güclüdür? Ağlınız gözəlliyinizi kölgədə qoymur ki?

- İkisi də bir-birini tamamlayır. Hətta deyərdim ki, xarici görkəmim mənim vizit kartımdır. Yəni, ilk baxışdan xarici görkəmimdən necə biri olduğumu anlaya bilirlər. Simam, hərəkətlərim daxilimi dünyamı əks etdirir.

- Ümumiyyətlə, gözəlliyi qorumaq lazımdır?

- Gözəlliyi qorumaq nə qədər vacib hesab olunursa, daxili dünyanı da zənginləşdirmək bir o qədər vacibdir. Çünki daxili dünyamızın gözəlliyi xaricə yansıyır.

- Qocalmaq sizi qorxutmur ki?

- Qətiyyən.

- Həyata keçməyən arzularınız çoxdur?

- Allahıma şükür ki, bu zamana qədər nə arzulamışamsa, yerinə yetib. İnanıram ki, arzularım bundan sonra da reallaşar. Çünki çox təmkinli, səbirli insanam. Hər şeyi anlayışla qarşılayıram. Təmkinli və səbirli insanın isə əldə edə bilməyəcəyi heç nə yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm