Zauru öz verilişində biabır etdilər - FOTO
Bizi izləyin

Tabloid.az

Zauru öz verilişində biabır etdilər - FOTO

Tanınmış aparıcı Zaur Kamalı öz verilişində biabır etdilər.

Publika.az-ın məlumatına görə, aparıcı “Xəzər” telekanalında canlı yayımlanan “5-də 5” verilişində pərt olub.

Belə ki, tamaşaçılara “Burada oturan insanları öz sənətlərindən başqa hansı peşəyə yaraşdırırsınız” sualını ünvanlayan Zauru dediyinə peşman ediblər. Bir neçə tamaşaçı canlı yayıma zəng edərək Zauru “Kamaz”, taksi sürücüsü və traktorçu peşəsində gördüklərini deyiblər.

Eşitdiklərindən çaş-baş vəziyyətə düşən Zaur elə acığını da tamaşaçıların üzərinə töküb. O, “vaxt yoxdur, tez-tez danışın, əsəbiləşirəm” deyərək canıl yayına zəng edənləri pərt etməyə çalışıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm