Kişiləri xoşbəxt edən 4 hərəkət
Bizi izləyin

Tabloid.az

Kişiləri xoşbəxt edən 4 hərəkət

Kişilər hisslərini, duyğularını və sevgilərini sözlə ifadə etməyi qadınlar qədər xoşlamır. Amma qadınların bəzi hərəkətləri var ki, onlar kişilərə güclü təsir edir və bu zaman onu bəyəndiyini demədən dayana bilmir. Tabloid.az xəbər verir ki, kişilər qadınların ən çox bu xüsusiyyətlərini bəyənirlər.

Naz-qəmzə ilə geynib makiyaj edən zaman: Qadınların makiyaj etməyi kişilərə işgəncə kimi gələ bilər. Lakin makiyaj edən və bəzənən qadınları izləmək onlar üçün çox əyləncəlidir. Kişilər qadınların dəsmala bürünüb güzgünün qarşısında makiyaj etməyinə heyran olurlar. Burda kişilərin diqqətini çəkən xüsusi sirli bir şey var. Ona görə də, əiziz xanımlar, kişilərin qarşısında nazlı bir şəkildə makiyaj etməyə utanmayın.

Onun cazibədar və yaraşıqlı olduğunu deyin! Qadınlar gözəl göründükləri zaman çox xoşbəxt və şad olurlar. Eyni şəkildə kişilər də gözəl göründüklərini eşətiməkdən məmnun olurlar. Sevgilinizin fiziki xüsusiyyətlərini nəzərə alıb ona ehtiraslı söz deyin, ya da tərifləyərək qucaqlaya bilərsiniz. Kişilər ərköyün davranan qadınları çox bəyənir və bu hərəkət onları, sözün əsl mənasında, xoşbəxt edir.

Sakitlik və hüzur: Kişilər sakityliyi və hüzuru qadınlardan daha çox sevir. Bunu evdə ən çox kimin danışmasını ölçməklə də müəyyən etmək olar. Susmaq kişilərin kədərli olduğunun göstəricisi deyil. Səssizlik münasibətlərdə olan güvəni və inamı təmsil edir.

Məsləhətləri nəzərə alın! Qadınlar ailələri, dostları, yaxud işləri ilə bağlı problemləri daha çox dərd edir. Qadınlardan fərqli olaraq, kişilər hər bir problemin həlli olduğuna inanır. Yəni kişilərin verdiyi məsləhətlər daha ağıllı və düzgün olur. Qadınlar bu kimi məsələləri nəzərdən qaçırmamalıdırlar. Çünki tövsiyələrə əməl edərək onlara olan etibarınızı göstərmiş olursunuz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm