Urmiyədə türkcə lövhələr
Bizi izləyin

Tabloid.az

Urmiyədə türkcə lövhələr

Urmiyə Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türkcə adları yazılmış lövhələr yerləşdirib.

ANS PRESS-in məlumatına görə, urmiyəli fəallar və jurnalistlərin bloqlar və sosial şəbələrdə nəşr etdiyi şəkillərdə, “Dərəçayı”, “Şəhərçayı”, “Doşapçıxana”, “Dəmirçixana”, “Carçıbaşı”, “Göl Üstü”, “Təndirçilər”, “Ağa Qəbiri”, “Doqquz Pillə” və “Qapan” kimi küçələr və məhəllələrdə Türkcə lövhələrin yerləşdirildiyi müşahidə olunur. VOA xəbər verir ki, ötən aylarda Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələrin yenidən orijinal türkcə adlarının qaytarılması istiqamətində fəaliyyətə başlayıb, bəzi qərarlar qəbul etmişdi.

Mədəni fəallar və jurnalistlər lövhələrdə bəzi yazı qaydalarına diqqət edilməməsini tənqid etsələr də, umumiyyətlə Urmiyə Bələdiyyəsinin təşəbbüsünü sevinclə qarşılayır və onun davamını arzu edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm