Nanə qınadı: “Üzünə botoks, dolğu vurdurub...” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nanə qınadı: “Üzünə botoks, dolğu vurdurub...” – FOTOLAR

Hazırda Türkiyədə yaşayan məşhur aparıcı Nanə Ağamalıyevanın yenə xətrinə dəyiblər.

Publika.az-ın məlumatına görə, Nanə ona paxıllıq edən, gözəlliyini şübhə altına alanları qınayaraq özünün uşaqlıq fotolarını paylaşıb.

Nanə fotoların altında bu sözləri də yazıb: “Allah sizə insaf versin, üzünə botoks, dolğu vurdurub deyənlər, axı mən uşaqlıqdan al yanaqlı, irigözlü olmuşam. Nə bilim e, paxıllıq olmasa, özümüz qədər gözəl millət yoxdur. “Necə edirsən, saçların belə gözəl olur” deyə soruşanlara cavab verim. Buna görə, anama – canıma təşəkkür edirəm. Uşaqlıqda saçımı tez-tez kəsərdi, ağlayardım. Ancaq anam deyərdi ki, böyüyəndə saçın qalın olacaq. Yada düşdükcə kövrəlirəm. Allah hamının anasını qorusun, mənim anamla birlikdə”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm