Nura qorxutdu: “O dünyada da cəhənnəm yaşayacaqsınız”
Bizi izləyin

Tabloid.az

Nura qorxutdu: “O dünyada da cəhənnəm yaşayacaqsınız”

Hazırda oğlu Davidlə Antalyada azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace” otelində dincələn Nura Suri özünün “Facebook” profilində görün nələr yazıb:

“İnsanlar çox paxıldır. Qeybət, böhtan – hamısı paxıllıqdan irəli gəlir. İçinizdə zəhər dolub-daşır. Bir az Allahdan qorxun və dua edin ki, sizə də gözəl həyat bəxş etsin. Yoxsa bu və o dünyada da cəhənnəm yaşayacaqsınız. Başqalarının sevincinə, xoşbəxtliyinə sevinə bilmirsinizsə, sadəcə, biganə qalın, yetər”.

Publika.az-ın məlumatına görə, müğənni istirahət zamanı çəkdirdiyi fotolarını da sosial şəbəkədə paylaşıb.

Nuranın oğlu Davidin ad günü də iyulun 26-da Antalyada qeyd olunub. Ad günündə Nuranın duet ortağı Cəbrayıl Rəsulov və müğənninin ən yaxın rəfiqəsi Syama Rəsulova iştirak ediblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm