Səidə Sultan: “Kişilərin yarı faizi alfonsdur”
Bizi izləyin

Tabloid.az

Səidə Sultan: “Kişilərin yarı faizi alfonsdur”

Tədbirlərin birində fotokameramızın obyektivinə şıltaq müğənni Səidə Sultan tuş gəlib

Tədbirlərin birində fotokameramızın obyektivinə şıltaq müğənni Səidə Sultan tuş gəlib.

Publika.Az xəbər verir ki, açıq sözlü olan müğənni alfons kişilərin artdığını deyir. Haqsızlığı görən zaman kişi olmaq istəyən sənətçi kişilər barəsində belə söyləyir:

“Mən heyf ki, kişi olmamışam. Kişi olsaydım sizə göstərərdim ki, xanımı necə yaşatmaq olar. Kişinin sözünün kəsəri olmalıdır, sözü keçməlidir. Kişiyə hanısa bir qızı aldısa, qız bir az özünü yaxşı aparmayanda boşamaq kimi şeylər yaraşmır.

Qızın yaxşı mənada özünü idarə etməsini deyirəm. Kişi o kişidi ki, qızı əsl xanım etsin. O kişi ki, qadın arxasınca danışır, əxlaqsız olmaya-olmaya əxlaqsız deyirsə, o kişi kişi deyil. Mən də olan anlayış çox kişidə yoxdur.

Kişi hansı bir xanıma əl qaldırıb, artıq hərəkət etdiyini gördüyüm an “kaş kişi olardım” deyirəm. Həmin kişinin ağzından vurub partladardım. Kişi xanıma nəzakətli olmalıdır. Mən elə bir şeylə rastlaşsam, o kişinin əllərini qıraram.

Əsas məsələ kişilər alfons olmasın. İndi kişilərin yarı faizi alfonsdur. Allah göstərməsin. Mənim rastıma gəlməyib, min şükür”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm