Sabah Milli Kino Günüdür-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sabah Milli Kino Günüdür-FOTOLAR

Hər il avqustun 2-də ölkəmizdə kino işçilərinin peşə bayramı qeyd olunur.

Publika.az-ın məlumatına görə, bu münasibətlə bu il avqustun 1-də saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Bir çox mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filmi təqdim olunacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrini canlandırıldığı filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov kimi aktyorlar rol alıblar.

Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Cəvahir Səimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm