Bu günə konserti olan müğənnilərdən AÇIQLAMA: “Heç vaxt oxumarıq”
Bizi izləyin

Tabloid.az

Bu günə konserti olan müğənnilərdən AÇIQLAMA: “Heç vaxt oxumarıq”

İnternet portallarında yayılan xəbərlərə görə, bu axşam şou proqramlarda yenə çal-çağır olacaq. Şou-proqramda çıxış edəcək şou- biznes nümayəndələri sırasında İzzət Bağırov, Samiranın da adı var. Publika.az-a açıqlama verən İzzət isə məlumatın yanlış olduğunu bildirdi: “Bugün məni heç bir şou-proqrama və toya dəvət edən yoxdur”.

Müğənni onu da bildirdi ki, belə bir hüznlü gündə dəvət etsəydilər də belə gedib oxumazdı.

Xatun bu xəbərdən bərk əsəbiləşdi: “Mən səhərdən bu acı xəbərin ağrısını yaşayıram. Sosial şəbəkələrdə də qara geyimli fotomu verib, kədərimi ifadə etmişəm. Bu, nə xəbərdir yazıblar mənim haqqımda. Əslində mən 5-6-cı gün və bazar günləri restoranların birində şou-proqramda iştirak edirəm. Bu mənim işimdir. Bu gün məlum hadisəyə görə işə getməyəcəyəm. Mən belə bir ağrılı gündə heç vaxt gedib şou-proqramda oxumaram. Heç toyum da yoxdur buğun”.

Samirə də kədərli gündə yalnız şəhidlərin acı xəbərindən sarsıldığını dedi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm